“Vəhhabi təriqətindən, sünni məzhəbindən gəlib Təzəpirdə namaz qılanlar var. Məzhəbindən aslı olmayaraq bu şəxslərin hər hansı məsciddə namaz qılmasına maneçilik törədən şəxslər cəzalandırılacaq. Bütün məscidlərin qapısı müsəlmanlara açıqdır”. Bu sözləri bütün Qafqazın Şeyxi hacı Allahşükür Paşazadə ANS TV-nin efirində telejurnalist Mirşahin Ağayevin “Hesabat” verilişində Azərbaycanda məzhəb ayrıseçkiliyinin olmadığından danışarkən bildirib.

Mirşahinin suallarını cavablandıran Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə hazırda məscidlərdə müəyyən çətinliklərin qaldığını bu problemlərin üzərində, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə birlikdə məsləhətləşmələrin keçiridliyini bildirib.

Prezident İlham Əliyev tərəfindən dini icmalar üçün Qafqaz Müsəlmanlar İdarəsinə 1 milyon manat vəsaitin ayrıldığını qeyd edən şeyx bu vəsaitin bir sıra problemlərin həllinə, eləcə də dövlət qeydiyyatından keçən məscidlərin xərclərinə yönləndiriləcəyini qeyd edib.

Şeyx, həmçinin Həcc ziyarəti sahəsində müəyyən problemlərdən – qiymətərin bahalığından danışıb. Allahşükür Paşazadə qiymətlərin müəyyən qədər endirildiyini, lakin manatın ucuzlaşmasının qiymətlərə təsir etdiyini qeyd edib.

Həcc ziyarətinə gedənlərinin sayının azalmasında ancaq maddi tərəflərin problem yaratdığını, təhlükəsiziliklə bağlı heç bir problemin olmadığını diqqətə çatdıran şeyx ötən həftə Səudiyyə Ərəbistanında Peyğəmbər məscidi yaxınlığında baş verən terror hadisəsinə toxunub.

Terrorun və terrorçuların dininin olmadığını qeyd edən Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının baş verən hadisələrdən sonra təhlükəsizlik tədbirlərini daha da gücləndirəcəyinə inandığını bildirib.

Şeyx Roma Papasının Ermənistana səfərinə də toxunub. O, Papanın gələcəkdə Azərbaycana da səfər edəcəyini, o zaman bəzi məsələləri müzakirə etmək üçün imkanının olacağına ümid etdiyini bildirib.

“Onun İrəvana gəlib birinci xristian dünyasına gəldim” deməsi bir siyasi məsələ idi. Onların daxilində də bir çox münaqişələr baş verir. Hazırda dünyada böyük bir dini böhran yaranıb. Hər bir din xadimi özünə fikir verməlidir” – deyə Şeyx bildirib.


Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin ANS TV-nin “Hesabat” verilişində Mirşahinlə müsahibəsi

Öncəki xəbərÇəkildikləri Filmlərlə Ən Çox Gəlir Qazandıran Hollywood Ulduzları
Sonrakı xəbərRusiyanın tanınmış Serebro qrupunun qızları Bakıda dincəldi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın