Ukrayna ilə Rusiya arasında danışıqların bərpası yalnız işğalçı ölkənin bir neçə önəmli taktiki məğlubiyyətindən sonra ola bilər. Əks halda, Rusiya danışıqlardan imtina edəcək, ya da tərəfləri aldatmağa çalışacaq.

YALAN.info bildirir ki, bununla bağlı Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixailo Podolyak məlumat verib.

“Təəssüf ki, bu gün Rusiya ilə anlaşma əldə etmək mümkün deyil. Rusiya mütləq imtina edəcək və danışıqların tərəflərini aldatmağa çalışacaq. O, özünün ekspansionist imkanlarından maksimum yararlanır və Ukrayna üçün qəbuledilməz olan status-kvonu təşviq etmək istəyir. Ona görə də başa düşmək gərəkdir ki, Rusiya ilə danışıqlar prosesi yalnız bir neçə önəmli taktiki məğlubiyyətdən (Rusiyanın – Red.) sonra ola bilər”, – deyə o, bildirib.

Volodimir Zelenskinin yaxın müşaviri Mixailo Podolyak hesab edir ki, “Rusiya ukraynalıları ruhdan salmaq üçün terror hücumları strategiyasından istifadə edir. “Şərlə kompromis tapmağa çalışmaq” isə faydasızdır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın