“Əgər hər hansı ölkə nüvə silahından istifadə etsə, bu onun bütün dünya ilə müharibə etdiyi anlamına gələcək”.

YALAN.info bildirir ki, bu sözləri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, dünya daha bir Xirosimaya şahid olmamalıdır. “Dünya daha bir Xirosimaya şahid ola bilməz. Əgər dünya 100 min insanın öldüyünü görsə, bu o demək olacaq ki, siz dünyanın qalan hissəsi ilə müharibə vəziyyətindəsiniz”, – deyə Məhəmməd bin Salman bildirib.

Bununla belə o qeyd edib ki, əgər İran nüvə silahına sahib olarsa, Səudiyyə Ərəbistanı da nüvə silahını əldə etmək məcburiyyətində olacaq. Şahzadə əmindir ki, bu, güclərin tarazlaşdırılmasına imkan verəcək: “Əgər İran nə vaxtsa belə silahlar əldə edərsə, Səudiyyə Ərəbistanı da təhlükəsizlik və güclərin tarazlaşdırılması baxımından onları əldə etməli olacaq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın