Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Yekaterina Ryabovanın final mərhələsinin sonunda tutduğu yer bilinib. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 19 yaşlı idmançı yarışı 179,97 xalla 15-ci yerdə başa vurub.

Ryabova sərbəst proqramda 118,15 xala, qısa proqramda isə 61,82 xala layiq görülüb.

Olimpiya çempionluğunu 255,95 xalla Rusiya Olimpiya Komitəsini (OKR) təmsil edən Anna Şerbakova qazanıb. Onun həmyerlisi Aleksandra Trusova (251,73) ikinci, yaponiyalı Kaori Sakamoto (233,13) üçüncü olub. Başqa OKR təmsilçisi Kamilə Vəliyeva isə 224,09 xalla 4-cü yeri tutub.

Öncəki xəbərMəhəmməd Salah UEFA Çempionlar Liqasında yeni uğura imza atdı
Sonrakı xəbərAzərbaycan Ordusu Hərbi Hava Qüvvələrində təlimlər keçirilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın