İngiltərənin “Liverpul” komandasının Misirli futbolçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 30 yaşlı hücumçu buna İtaliyada “İnter” Milanı 2:0 hesabı ilə udduqları 1/8 final mərhələsinin ilk oyununda nail olub.

83-cü dəqiqədə ikinci qola imza atan misirli forvard qitənin bir nömrəli klub turnirində 50-ci görüşündə 33-cü dəfə fərqlənib. Salah bu göstəriciyə görə yalnız iki oyunçudan geri qalır.

Almaniya “Bavariya”sında çıxış edən Robert Levandovski 50-ci qarşılaşmasında 36-cı, indi İngiltərə “Mançester Yunayted”ində oynayan Kriştianu Ronaldu isə 51-ci qolunu vurmuşdu.

Bildirək ki, Məhəmməd Salah cari mövsüm “Liverpul”da bütün turnirlərdə 29 oyuna çıxıb, 24 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Highlights: Inter 0-2 Liverpool | Fantastic Firmino header & Salah seals advantage in Milan

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın