İspaniyada başa çatmış “El Llobregat Open” şahmat turniri Azərbaycan şahmatı üçün əlamətdar hadisə ilə yadda qaldı.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Chess.az-a istinadən xəbər verir ki, 6,5 xalla yarışı səkkizinci yerdə bitirən gənc şahmatçımız Məhəmməd Muradlı, sonuncu qrossmeyster normasını yerinə yetirməyi bacardı.
Beləliklə, Məhəmməd Azərbaycanın ümumilikdə 28-ci, aktiv şahmatçılar arasında isə 23-cü qrossmeysteri oldu. İndi Məhəmmədə yalnız Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti konfransını gözləmək qalır. Məhz FIDE-nin növbəti konfransında ona rəsmi olaraq qrossmeyster titulu veriləcək.