Şahmat üzrə indiki Dünya Çempionu norveçli Maqnus Karlsen rusiyalı Yan Nepomnyaşi ilə görüşdə titulunu qorumaqdan imtina edib.

“Daha bir oyun oynamaq üçün motivasiyam yoxdur. Sadəcə hiss edirəm ki, artıq bundan çox şey əldə etməyəcəm. Bu, mənim elə də xoşuma gəlmir. Qarşılaşmanın tarixi səbəblərə görə maraqlı olacağına əmin olsam da, heç bir halda oynamaq istəyim yoxdur. Ona görə də oynamayacağam”, – deyə Karlsen “Unibet Norway”ə müsahibəsində vurğulayıb.

Norveçlinin sözlərinə görə, o, bununla bağlı qərarı iyulun 3-də Nepomnyaşinin erkən qələbə qazandığı Namizədlər Turniri zamanı verib. Maqnus öz komandası, Beynəlxalq Şahmat Federasiyasını (FIDE) rəhbəri Arkadi Dvorkoviç, baş direktor Emil Sutovski və Nepomnyaşini məlumatlandırıb: “Onlara dedim ki, şahmat tacı uğrunda görüşdə iştirak etməyəcəyəm”.

“Mənim bu görüşlə bağlı heç bir tələbim, ya da təklifim olmayıb. Onların bir neçə təklifi var idi, ancaq nəticə ondan ibarət idi ki, mən onlara növbəti dünya birinciliyi matçında titulumu müdafiə etməyəcəyimi söyləmək üçün orada idim və biz kiçik bir müzakirə apardıq. Onların təkliflərinin bəzilərini bəyəndim, bəzilərini bəyənmədim”, – deyə Karlsen bildirib.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bu il norveçli dünya çempionu Maqnus Karlsenin şahmat tacı uğrunda rusiyalı Yan Nepomnyaşi ilə görüşdən imtinasına dair açıq bəyanata münasibət bildirib. Karlsen mübarizədən rəsmən geri çəkilməsə də, FIDE-də onun qərarının qəti olduğu başa düşülüb.

Bunu nəzərə alaraq, Dvorkoviç bəyanatla çıxış edib. O bildirib ki, Karlsen karyerası ilə bağlı hansı qərarı verməsindən asılı olmayaraq, FIDE və bütün şahmat ictimaiyyətinin yalnız hörmətinə layiqdir. Tarixdə yalnız bir ovuc insan titul üçün beş qarşılaşma keçirməyin nə qədər böyük itki tələb etdiyini başa düşə və dəyərləndirə bilər.

Başqa idman növləri üzrə böyük çempionlar da buna bənzər bir şey yaşadılar: illər keçdikcə ən yüksək səviyyədə məşq etmək və yarışmaq üçün motivasiya tapmaq daha çətindir. Halbuki qələbənin mükafatı heç vaxt ilk günkü kimi bu qədər güclü hiss olunmur.

Biz ümid edirdik ki, bir qədər layiqli istirahətdən sonra Maqnus buna başqa cür baxacaq. Onun kimi idman əfsanələri həmişə məqsəd və rekordlar üçün çalışırlar. O, hələ gəncdir və yəqin ki, artıq görkəmli karyerasına daha çox klassik titullar artıra bilərdi. Çünki Karlsen şübhəsiz ki, üstünlük verdiyi rapid və blits üsullarında da özünü sınayacaq.

O, şübhələrini ilk dəfə açıq şəkildə ifadə etdiyi vaxtdan FIDE dialoqa və dünya çempionatluğu uğrunda qarşılaşma formatının dəyişdirilməsi ilə bağlı konkret təklifləri nəzərdən keçirməyə açıq idi. Bu ideyaların bəziləri mayda Karlsen və başqa yüksək səviyyəli oyunçularla müzakirə edilib. Madriddə isə bizim bütün narahatlıqların açıq və geniş müzakirə edildiyi görüşümüz olub. Təəssüf ki, o, fikrini dəyişdirməyib”.

Onun titulunu qorumamaq qərarı, şübhəsiz ki, azarkeşlər üçün məyusluq, tamaşaçılar üçün isə pis xəbərdir və bizim üçün böyük boşluq buraxır. Ancaq indi şahmat Maqnusun da sayəsində həmişəkindən daha güclüdür. İdman dünyasında ən uzun və ən hörmətli ənənələrdən biri olan dünya çempionatı qarşılaşması davam edəcək”.

Bildirək ki, Maqnus Karlsen Fransanı təmsil edən İran əsilli şahmatçı Alireza Firuzca ilə oynamaq istədiyini açıqlayıb. O, həmçinin dünya çempionluğu uğrunda oyunun keçirilmə sisteminin dəyişdirilməsini tələb edib.

Onu da bildirək ki, Karlsen qərarını dəyişməsə, Nepomnyaşi şahmat tacı uğrunda İddiaçılar Turnirini 2-ci pillədə başa vuran çinli Dinq Lirenlə görüşə bilər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın