Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Silahlı Qüvvələrinin İraqda guya dinc sakinləri atəşə tutmasına dair yayılan məlumatlara münasibət bildirib.

YALAN.info bildirir ki, “Amerikanın səsi”nin yaydığı məlumata görə, rəsmi Bağdad İraqın Duhokun dağlıq ərazisində baş verən hadisə ilə əlaqədar Türkiyədəki səfiri Hüseyin El-Hatibini geri çağırıb.

Bildirilib ki, Türkiyə ərazisindən açılan artilleriya atəşi nəticəsində 8 nəfər ölüb, 23 nəfər yaralanıb. “TRT Haber”in xəbərinə görə, Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında mülki sakinlərin ölümü ilə nəticələnən hasisəni PKK/YPG-PYD terror qruplaşmasının törətdiyini açıqlayıb. Qeyd olunub ki, PKK-nı təbliğ edən KİV Türkiyə Silahllı Qüvvələrin Duhokda keçirdiyi əməliyyat nəticəsində mülki şəxslərin öldüyünə dair yalan informasiya yayıb: “Terror qruplaşması mülki şəxsləri hədəfə alaraq bölgədəki kəndlərə, tarla və bağçalara hücum edir. Bəhs edilən hadisədə terrorçular tərəfindən törədilib”.

Rəsmi Ankara hadisənin araşdırılması üçün bütün imkanlardan istifadə edəcəyini açıqlayıb. Türkiyənin Xarici İşlər Nazirliyi cinayəti törədənləri tapmaq üçün İraqı əməkdaşlığa çağırıb. Rəsmi Bağdad məsləhətləşmək üçün Türkiyədəki səfiri Hüseyin El-Hatibini İraqa çağırıb.

“Türkiyə Silahlı Qüvvələrindən aldığımız bilgiyə görə, İraqın Duhok bölgəsində dinc sakinlərə qarşı hər hansısa hücumumuz olmayıb”, – Türkiyə XİN başçısı vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın