2022-ci ilin iyun ayına olan statistikaya görə Azərbaycan ölkədə internetin sürətinə görə dünyada 118-ci, mobil internetin sürətinə görə isə 58-ci sıradadır.

YALAN.info bildirir ki, bununla bağlı məlumatları Speedtest xidmətini təklif edən “Ookla” şirkəti “Speedtest Global Index” saytı üzərindən paylaşır.

Məlumata görə, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 118-ci yerdə olub ki, bu da may ayı ilə eynidir. İyunda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 22 MB/S olub. Azərbaycanın qonşularından Ermənistan 93-cü, Gürcüstan isə 126-ci sıradadır.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində aparılan araşdırmaya görə birinci yerdə Çili (213,73 MB/S), sonuncu yerdə isə Kuba (1,84 MB/S) qərarlaşıb.

2022-ci ilin iyun ayında Azərbaycan mobil internetin sürətinə görə başqa ölkələr arasında 3 pillə irəliləyib və 33,64 MB/S sürətlə 58-ci pillədə qərarlaşıb. Azərbaycanın qonşularından Gürcüstan 63-cü, Ermənistan isə 78-ci sıradadır.

Mobil operatorlarla bağlı siyahıda Norveç 126,96 MB/S sürətlə birinci, Kuba isə 4,49 MB/S sürətlə sonuncu 139-cu yerdə qərarlaşıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın