Bakıda təşkil olunacaq Şahmat Olimpiadasının vaxtı dəyişdirilib. Şahmat Federasiyasının vitse-prezidetnti Faiq Həsənov ANS PRESS-ə bildirib ki, yeni dərs ilinin başlaması ilə bağlı Şahmat Olimpiadasının vaxtı irəli çəkilib.

“Bilirsiniz ki, bizdə tədris ili sentyabr ayının 15-i başlayır. Biz də istəyirik ki, uşaqlar da gəlib olimpiadaya baxsınlar, iştirak etsinlər. Buna görə biz FIDE-yə (Dünya Şahmat Federasiyası) təklif etdik ki, turnirin vaxtı dəyişilsin. Onlar da razı oldular”.

F.Həsənov Bakıya dünyanın ən güclü qadın və kişi şahmat mütəxəssislərinin gələcəyəni deyir. Onun sözlərinə görə müxtəlif ölkələrdən təxminən 180 komanda iştirak edəcək: “Olimpiadaya ən güclü idmançılar gələcək. Qadın və kişi komandalar arasında yarışlar olacaq”.

Federasiya rəsmisi qeyd edib ki, Olimpiadada iştirak edən idmançılar paytaxtın ən gözəl otellərində qalacaq:

“İdmançılar paytaxtın ən gözəl otellərində qalacaq. Olimpiadanın qaydaları belədir ki, yarışa qatılan idmançıların hesablarını təşkilatçılar ödəyir. Bu həmişə belə olub”.

Azərbaycanda ilk dəfə təşkil olunacaq yarışa şahmatın ulduz qrossmeysterlərinin gəlməsi gözlənilir. FİDE-nin yeni qərarına əsasən, yarış sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Bakıda təşkil olunacaq FIDE-nin konqresi isə sentyabrın 4-14-nə təsadüf edəcək.

Qeyd edək ki, şahmat üzrə əsas komanda yarışları yaxın gələcəkdə Cənubi Qafqaz hüdudlarından kənara çıxmayacaq: 2016-cı ildə Olimpiada Bakıda, iki il sonra isə Azərbaycan paytaxtının 900 kilometrliyində – Gürcüstanın kurort şəhəri Batumidə keçiriləcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın