Niderland hökuməti ölkədə koronavirusun (COVID-19) “Omikron” ştamının yayılması ilə bağlı olaraq dekabrın 19-dan yanvarın 14-nə qədər sərt qapanma tətbiq ediləcəyini açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Niderlandın baş nazir səlahiyyətlərini yerinə yetirən Mark Rotte danışıb.

Onun sözlərinə görə, yeni ştam gözləniləndən daha tez yayılır. Qapanma müddətində zəruri məhsullar satılan mağazalardan başqa bütün mağazalar, restoranlar, teatr, kinoteatr, muzey və idman zalları bağlı olacaq. Ölkədə həmçinin yeni il yarmarkaları da ləğv olunub.

Öncəki xəbərKadi Borgesin qolu UEFA Konfrans Liqasında qrup mərhələsinin ən yaxşısı seçildi
Sonrakı xəbərMövlud Çavuşoğlu: Moskva və Ankara onlara qurulan “tələ”yə düşmədilər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın