UEFA Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolunu seçmək üçün azarkeşlər arasında səsvermə keçirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Kadi Borgesin Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub etdikləri ikinci tur oyunundakı dəqiq zərbəsi birinci yerə layiq görülüb.

Sözügedən qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb. Qrup mərhələsinin ən yaxşısı seçilən Kadi Borgesin qolu 28 faiz səs toplayıb.

UEFA Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolları sırasında “Qarabağ”ın “Omoniya”ya vurduğu qolla yanaşı “Omoniya”nın “Qarabağ”a vurduğu qol da yer alıb. Belə ki, 2-2 bitən Bakıdakı qarşılaşmada Jordi Qomezin vurduğu qol 9 % səs toplayaraq, qrup mərhələsinin 6-cı ən yaxşı qolu seçilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın