Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsi bu ağrını hamıdan yaxşı başa düşür, çünki yaxın keçmişdə çoxlu sayda diplomatları erməni terrorçularının qurbanı olub. Moskva və Ankara Türkiyə paytaxtında Rusiya səfiri Andrey Karlova sui-qəsdin təşkilatçılarının qurduğu tələyə düşmədilər, iki ölkənin dostluğu sarsılmadı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Mövlud Çavuşoğlu bu sözləri rusiyalı diplomatın həlak olmasının 5-ci ildönümündə RIA Novosti-yə müsahibəsində səsləndirib.

“Səfir Andrey Karlovun məkrli sui-qəsd nəticəsində ölümündən 5 il keçir. Səfir Karlova hücum Türkiyə-Rusiya dostluğuna hücum idi, amma Türkiyə və Rusiya bu tələyə düşmədi. Ona görə də Türkiyə-Rusiya dostluğuna xələl gətirmək istəyənlər məyus oldular”, – deyə türkiyəli nazir bildirib.

O əlavə edib ki, Karlova hücum terror aktı idi. “Terrorun, bu qeyri-insani qəddarlığın irqi, dini, dili yoxdur. Türkiyə bu ağrını hamıdan yaxşı başa düşür, çünki yaxın keçmişdə çoxlu sayda diplomatları terrorun qurbanı olub (1970-80-ci illərdə Ermənsitanin Azadlığı Uğrunda gizli erməni ordusu – ASALA terrorçuları tərəfindən qətlə yetiriliblər-red.).

Qeyd edək ki, Karlov 2016-cı il dekabrın 19-da Ankarada “Rusiya Kalininqraddan Kamçatkaya səyahətçinin gözü ilə” fotosərgisinin açılışında güllələnib. Hücumu polis məmuru Mövlud Mert Altıntaş həyata keçirib və o, təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Rusiya səfirinə sui-qəsdin təşkilində 28 şübhəliyə qarşı ittiham irəli sürülüb ki, onların arasında ABŞ-da yaşayan dini lider Fətullah Gülən də olub. O sözügedən ittihamları rədd edib. Mart ayında Ankara məhkəməsi Karlovun qətli ilə bağlı hökm çıxarıb. Təqsirləndirilənlərdən beş nəfəri ömürlük həbs cəzasına məhkum edilib. Səkkiz nəfərə 3 il 9 aydan 15 ilə qədər həbs cəzası verilib, 6 nəfər isə bəraət alıb. Gülən də daxil olmaqla axtarışda olan daha 9 təqsirləndirilən şəxsin işi prokurorluğun tələbi ilə ayrıca məhkəmə icraatına verilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın