Dekabrın 7-də Ermənistan ordusunun “əsir” və itkin düşmüş hərbçilərinin yaxınları ölkə hökumətinin binası qarşısına toplaşıb. Etiraçılar parlamentin spikeri Alen Simonyandan dərhal onların yanına gəlib dediklərini izah etməyi tələb ediblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ermənistan parlamenti binasının qarşısına toplaşanları Alen Simonyanın “əsir”lərlə bağlı qalmaqallı açıqlamaları hiddətləndirib. Belə ki, bir müddət öncə sosial şəbəkələrdə spikerin “bu əsirlərin artıq onun üçün mövcud olmadığını” (çox güman ki, bu il noyabrın 16-da saxlanılmış bir qrup hərbi qulluqçu nəzərdə tutulur – red.) bəyan etdiyi videosu yayılıb.

A.Simonyanın sözlərinə görə, sözügedən hərbçilər silahlarını yerə ataraq qaçıb və azıblar. Nəticədə də əsir düşüblər. Spiker özü bir gün qabaq jurnalistlərə açıqlama verib ki, video montaj olunub, onun sözləri tam təqdim olunmayıb.

Etirazçılar spikerdən sözlərinə görə açıqlama tələb edirlər və bildiriblər ki, əgər A.Simonyan onların qarşısına çıxmasa, radikal tədbirlərə əl atacaqlar. Simonyan artıq iki nəfəri qəbul etməyə hazır olduğunu bildirib, ancaq nümayişçilər bununla razılaşmır, onun ya onların yanına çıxmasını, ya da ən azı 20 nəfəri qəbul etməsini tələb edirlər.

Polis əməkdaşları çərşənbə günü Ermənistan parlamentinin binası yaxınlığında on etirazçını saxlayıb. Təhlükəsizlik idarəsinin mətbuat xidmətindən Sputnik Ermənistanın müxbirinə bununla bağlı məlumat verilib. Vətəndaşlara qarşı İnzibati Xətalar Məcəlləsinin 182-ci (hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmama) maddəsi ilə protokollar tərtib edilib. Amma parlamentdə durum gərgin olaraq qalır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın