Amerikalı pop-müğənni Teylor Svift (Taylor Swift) rəsmən milyarder elan olunub.

YALAN.info bildirir ki, bununla bağlı “Bloomberg” agentliyi yazır.

Agentliyin verdiyi məlumata görə, 33 yaşlı sənətçinin ümumi sərvəti “Eras” musiqi turu sayəsində indi 1 milyard dollar həddini keçib.

Qeyd olunur ki, Sviftin bu yay baş tutan qastrolları da həmçinin ölkənin ÜDM-ni 4,3 milyard dollar artıraraq, ABŞ iqtisadiyyatının güclənməsinə kömək edib.

Məlumdur ki, onun çıxış etdiyi şəhərlərdə ictimai nəqliyyatda sərnişin axını kəskin şəkildə artıb və otellərdə yer tapmaq mümkün olmayıb.

“Svift bu statusu yalnız musiqisi və çıxışları ilə əldə edən bir neçə sənətçidən biridir”, – deyə “Bloomberg” yazıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın