Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə bir araya gəlb.

YALAN.info bildirir ki, görüşdən sonra mətbuat mənsublarına açıqlamalar verən nazir danışıqları müsbət dəyərləndirib.

“Blinkenlə Strateji Mexanizm çərçivəsində çox müsbət görüşümüz oldu. Biz ikitərəfli münasibətləri, o cümlədən regional məsələləri, eyni zamanda İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsini müzakirə etdik. Biz əməkdaşlıq sahələrimizi necə təkmilləşdirə biləcəyimizdən danışdıq”, – deyə Çavuşoğlu bəyan edib.

Jurnalistlərin suallarını cavablandıran XİN rəhbəri ABŞ və Türkiyə arasında F-16 qırıcılarınınnın satışı ilə bağlı danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib.

O, həmçinin NATO-ya üzv və namizəd ölkələrin terror təşkilatlarına dəstək verməsini, təşkilata üzv olan, ya da olmağa hazırlşan ölkələrin bir-birinə silah satışı məhdudiyyətləri tətbiq etməsini qəbuledilməz adlandırıb.

Çavuşoğlunun sözlərinə görə, Blinken Finlandiya və İsveçin Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırması üçün onlara gərəkli mesajları çatdıracağına söz edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın