Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun yeddi hərbi qulluqçusu şəhid olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçuları:

  • Niftəliyev Ümüd Oruc oğlu (leytenant);
  • Cabbarov Orxan Hətəm oğlu (gizir);
  • Əliyev Natiq Yusif oğlu (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş);
  • Ağayev Elçin Mərifət oğlu (əsgər);
  • Əlizadə Elmin Samir oğlu (əsgər);
  • Əliyev Elçin Ramil oğlu (əsgər);
  • Xəlilov Murad Qalib oğlu (əsgər).

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Bundan başqa döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

Noyabrın 16-sı axşam saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədində durum sabitləşib. İndi əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir. Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın təxribatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın