“SSRİ-nin dirçəlişi, ya da bərpası haqqında ciddi danışmaq çətin ki, mümkündür. Tarixin gedişatını geri qaytarmaq olmaz. Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib. Biz praktiki siyasətimizdə mövcud reallıqlardan çıxış edirik”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Rusiya XİN-dən medianın SSRİ-nin bərpasına cəhdlərlə bağlı Qərbdə fikirlərin olması ilə bağlı sualı şərh edərkən deyib.

XİN-dən bildirilib ki, ABŞ və başqa ölkələr kimi Rusiyanın da qanuni maraqları var və bu, təhlükəsizlik sahəsini də əhatə edir: “Hər bir dövlət kimi, biz də xarici çağırışların və təhdidlərin, özəlliklə də hərbi və hərbi-texniki xarakterli təhdidlərə cavab verməyə bilmərik. Biz bunu beynəlxalq hüquq çərçivəsində edirik. Əslində bizim hərəkətlərimizi Rusiya üçün hansısa eksklüziv “təsir dairəsi”nin formalaşdırılması kimi şərh etməyə heç bir əsas yoxdur”.

Diqqətə çatdırılıb ki, Qərb müasir dövrdə “təsir dairələri”nin qəbuledilməzliyini bəyan etsə də, ancaq burada ikili standartlar sərgiləyir: “Bir neçə il öncə Avropa Birliyinin (AB) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ozamanki Ali Nümayəndəsi Moqerini demişdi ki, AB Qərbi Balkanların bütün problemləri ilə məşğul olacaq və başqalarının bu regiona qarışmaması daha yaxşıdır. O, təbii ki, ilk növbədə Rusiya və Çini nəzərdə tuturdu. Bu, icazəsiz “təsir dairəsi” yaratmaq cəhdi deyilsə, bəs nədir?”

Rusiya XİN həmçinin AB-nin indiki Ali Nümayəndəsi Cozep Borrellin NATO koalisiyası Əfqanıstandan çıxdıqdan sonra bu ölkəyə Rusiya və Çinin girməsinə icazə verməməklə bağlı açıqlamasını yada salıb: “Onun (Cozep Borrellin) sözlərinə görə, Rusiyanın ümumiyyətlə Afrikada işləməməsi daha yaxşıdır. Çünki Afrika, onlardan sitat gətirirəm, “bizim yerimizdir”. Eyni zamanda, bütün səviyyələrdə fransızlar Rusiyanın Malidəki mövcudluğu məsələsini qaldıraraq, Fransa üçün bunun “qırmızı xətt” olduğunu neokolonial şəkildə bəyan ediblər”.

Rusiya XİN Qərbin təkəbbürlü “Biz hər şeyi edə bilərik, ancaq Rusiya – heç nə” düşüncəsində olduğunu bildirib: “Bütün bunlar onu deməyə əsas verir ki, dünyanı “təsir dairələri” və “arxa həyətlər”ə bölən Rusiya deyil, kollektiv Qərbdir”.

Rusiya XİN-dən o da qeyd olunub ki, Sovet İttifaqı dağıldıqdan sonra Amerika liderləri “yeni dünya düzəni” qurmağa başlayıblar: “Bu, əslində ABŞ-ın təsir zonasının bütün dünyaya genişlənməsi demək idi. Belə bir siyasətin nəticəsi müharibə və xaos, yüz minlərlə ölü, dağıdılmış dövlətlər, milyonlarla qaçqın, hələ də davam edən geosiyasi gərginlik oldu”.

Rusiya XİN: “Rusiya heç kəsdən qorxmur, hətta ABŞ-dan da…”

 “Rusiya heç kəsdən qorxmur, hətta ABŞ-dan da…” – bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Cenevrədə Lavrov-Blinken danışıqları öncəsi bildirib.

“Biz heç kəsdən qorxmuruq, hətta ABŞ-dan da…”, – deyə Lavrovun müavini ABŞ-ın CBC telekanalının jurnalistinin “Rusiyanı Ukrayna qorxudur? Siz niyə Ukraynadan qorxursuz? Niyə hesab edirsiniz ki, özünüzü müdafiə etmək lazımdır?” sualına cavabında deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın