“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu İtaliya A Seriyasında noyabr ayının ən yaxşı oyunçusu seçilib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ötən ay 27 yaşlı türkiyəli yarımmüdafiəçi İtaliya çempionatında 3 oyun keçirib və 3 qol vurub.
Futbolçu “Milan” (1:1), “Napoli” (3:2) və “Venesiya”ya (2:0) qarşı oyunlarda fərqlənib.
İndi 36 xal toplayan “İnter” Milan şəhərini təmsil digər klub olan A Seriyasının lideri “Milan”dan 1 xal geridədir.