İsrailin baş naziri Naftali Bennet bu gün Vyanada İranla Qərb ölkələri arasında nüvə sazişinin bərpası üzrə danışıqların yeddinci raundunun başlamasına münasibət bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Bennet İranın heç vaxt İsraili məhv etmək niyyətindən əl çəkməyəcəyini bəyan edib.

“İran bu gün Vyana danışıqlarına yalnız bir məqsədlə gələcək: Sanksiyaların demək olar ki, heç bir şey qarşılığında aradan qaldırılması. Əgər bu baş verərsə, İran nəinki nüvə proqramını davam etdirəcək, həm də onun əvəzində mükafat da alacaq”, – deyə hökumət başçısı bildirib.

“Belə bir qatil rejim mükafatlandırılmamalıdır. İran sanksiyaların ləğvinə layiq deyil. Dünyadakı müttəfiqlərimizə səslənirəm: İranın nüvə şantajına təslim olmayın”, – deyə Bennet vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın