İsrail Ordusu Qəzza zolağının şimalında radikal HƏMAS hərəkatının 12 batalyonunu məhv edib.

YALAN.info bildirir ki, İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin xəbərinə görə, bununla bağlı ölkənin müdafiə naziri Yoav Qalant Fələstin anklavına səfəri zamanı danışıb.

“Qəzzə zolağının şimalında biz 12 HƏMAS batalyonunu məhv etdik. Bu ərazidə olan 15 min və ya 18 min terrorçudan bir neçə min terrorçu qalıb. Çoxlu sayda terrorçu məhv edildi, bəziləri isə cənuba qaçdı”, – deyə o bəyan edib.

“Burada (Qəzza zolağının şimalında – Red.) taktiki olaraq atəş gücü, manevrlər, xüsusi əməliyyatlar vasitəsilə hərəkət edəcəyik və lazım gələrsə, bu ərazini bir müddət nəzarətdə saxlayacağıq”, – deyə İsrail Müdafiə Nazirliyinin rəhbəri davam edib.

O vurğulayıb ki, “məqsəd HƏMAS terrorçularını tükəndirmək və onları məhv etməkdir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın