Özbəkistan Prezidenti Şavkat Mirziyoyev respublikanın müdafiə quruculuğu və Özbəkistan Ordusunun inkişafı məsələləri ilə bağlı müşavirə keçirib.

YALAN.info bildirir ki, bununla bağlı Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Bu il yanvarın 2-də Şavkat Mirziyoyev Özbəkistan Respublikasının müdafiə quruculuğu və Silahlı Qüvvələrinin inkişafı məsələlərinə dair müşavirə keçirib. Toplantıda ölkə qoşunlarının döyüş hazırlığının daha da artırılması, müasir silah və hərbi texnika ilə təchiz edilməsi məsələləri müzakirə olunub. Bundan başqa, indiki silahların modernləşdirilməsinin zəruriliyi vurğulanıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, toplantıda Özbəkistan gənclərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial təminatı məsələləri də müzakirə olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın