“Kiyevin “B planı” var. Bu plan bütün lazımi silah növlərinin istehsalı üçün lisenziyanın alınmasından ibarətdir”.

YALAN.info bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Ekonomist”ə (The Economist) müsahibəsində deyib.

Ukrayna lideri vurğulayıb ki, əgər Qərbin hərbi yardımının həcmi azalarsa, Ukrayna buna əl ata bilər. “Qərb reaksiyasını, bir çox ukraynalılar isə ekzistensial təhlükə hissini itiriblər”, – V.Zelenski bildirib.

O əlavə edib ki, bir neçə Avropa ölkəsinin kəşfiyyat xidmətləri Rusiya tərəfindən onların ərazisinə hücum ehtimalını öyrənməyə başlayıb.

Zelenski: Ukraynanın 2024-cü ildə əsas hərbi məqsədi Krımın təcrid olunmasıdır

“Krımın təcrid olunması və orada Rusiyanın hərbi potensialının deqradasiyası bizim üçün son dərəcə önəmlidir. “Taurus” raketləri Ukraynaya 4 milyard dollarlıq Kerç körpüsünü dağıtmağa, Krım yarımadasını Rusiyadan təcrid etməyə və bölgədən hücumların sayını azaltmağa imkan verə bilər”, – Zelenski bildirib.

Zelenski quru müharibəsinin problemlərini də açıqlayıb: “Bizim vəzifəmiz Ukraynanın bu çox mühüm şəhərlərini – Xarkov, Dnepr, Zaporojye, Xerson, Nikolayevi xilas etmək, şərqi və cənubu, həmçinin ölkəmizin vacib infrastrukturlarını qorumaqdır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın