Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin axtarışda olan qardaşı Qütbəddin Gülən Türkiyə Respublikasının İzmir şəhərində saxlanılıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “Anadolu”-ya istinadən xəbər verir ki, FETÖ araşdırması çərçivəsində “silahlı terror qruplaşmasına qoşulmaq” cinayəti üzrə axtarışda olan Qütbəddin Gülənin Gaziemir rayonunda bir qohumunun evində olduğu öyrənilib və polisin keçirdiyi əməliyyat nəticəsində yaxalanıb.

Qütbəddin Gülən Terrorla Mübarizə İdarəsinə aparılıb.

Xatırladaq ki, Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhddən sonra Fətullah Gülən Terror Təşkilatı (FETÖ) ilə bağlı əməliyyatlara başlanılıb. Quru və dəniz qüvvələrindən 820 hərbçi çıxarılıb. Türkiyə mediasının xəbərinə görə, çıxarılmış 648 hərbçi hərbi çevrilişlə əlaqələri olduğuna görə həbs edilib.

Fətullah Gülən camaatına qarşı aparılan istintaq çərçivəsində çalışdığı işindən kənarlaşdırılan ədliyyə işçilərinin sayı 3390-ı keçib.

“”Paralel dövlət”in silahlı terror təşkilatı olduğunu deyəndə bizimlə razılaşmayanlar indi bunların silahlı terrorçu olduqlarını öz gözləri ilə gördülərmi?”, deyə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan bildirib. O deyib ki, ABŞ hansı terroristi istədi, biz təslim etmədik? İndi də terrorçu siyahımızda yer alan o şəxsi (Fətullah Güləni) bizə verin.

Öncəki xəbər5 Yaşlı Uşaqların Məktəbəhazırlıq Qruplarında Dərslər Başlanıldı
Sonrakı xəbərHollywood Ulduzu Leonardo DiKaprio model Nina Aqdal ilə Evlənir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın