Dünən axşam saatlarında hərbi çevrilişə cəhd edən ordu qüvvələrinin müdaxiləsi ilə TRT kanalı işini dayandırıb. Prezident Rəcəb Təyyub Ərdoğanın xalqa səslənməsindən sonra, sakinlər küçələrə axışaraq hökumətə dəstək göstərib. Bundan sonra insanlar toplaşaraq TRT kanalı ətrafında birləşiblər. Sonda dövlət telekanalının binası çevriliş etməyə cəhd etmiş hərbçilərdən azad olunub. Yerli KİV-lərin məlumatına əsasən, binada 4 hərbçi olub.
TRT1-də Türk Silahlı Qüvvətlərindən açıqlama gəldi
Kanal 7 televiziyasında elan olunan xəbərdə bir neçə saat öncə bəyanatı oxuyan aparıcı çıxış edib. Aparıcı deyib ki, bəyanatı təziq altında oxuyub. “3-4 saat əvvəl dəhşət yaşadıq. Karyeramda ən çətin yayımıma çıxmışdım. Saatlarla girov olduq. Qollarımızı arxadan bağlamışdılar. Təhqir edirdilər bizi. Yayımda o mətni oxumaq üçün silahlı əsgərlər məni məcbur etdi. O şərtlər altında bizə oxutdular. Çox şükür xəsərət alan olmadı. O anları bir də xatırlamaq istəmirəm”, deyə aparıcı bildirib.
TRT1 və Atatürk Hava Limanı hərbiçilərdən azad edildi
İnsanlar Atatürk Hava Limanı hərbçilərdən azad etdi
Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın çağırışından sonra xalq meydanlara çıxıb. Xalq saatlar öncə bağladılmış İstanbulun Atatürk hava limanına doğru hərəkət edib.
Camaat tankların üzərinə çıxaraq hərbçilərdən geri çəkilməyi tələb ediblər. Bundan sonra, tankların bir hissəsi geri çəkilməyə məcbur olub.
Türkiyə Prezidenti Rəcəb Tayyup Ərdoğan mətbuat konfransı keçirib. O deyib ki, İstanbula gəlməzdən öncə Marmarisdə idi: “Mən oradan çıxdıqdan sonra oraları da bombalayıblar. Mənim hələ də orda olduğunu fikirləşirdilər.”
Prezident deyib ki, çevrilişə cəhd edən hərbçilər baş katibi aparıblar. Ərdoğan hazırda ondan xəbər ala bilmədiyini deyib.
Onun sözlərinə görə, hazırda həmin hərbçilərə qarşı əməliyyatlar davam edir, həbs edilənlər var və bu əməliyyatlar sonuna qədər davam edəcək.

“Millətin silahı ilə milləti vururlar”, -deyən Ərdoğan bildirib ki, bu çevrilişə cəhdin Türkiyə üçün böyük faydası olacaq.
“Çünki Türkiyə Silahlı Qüvvələrində olan xainlər üzə çıxdı. Hamısı bir-bir təmizlənəcək. Bədəlini çox ağır ödəyəcəklər”, – Ərdoğan bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan İstanbulda xalqın arasına çıxıb. ANS PRESS-in məlumatına görə, onu böyük izdiham qarşılayıb.