Tanınmış Hollywood ulduzu Leonardo DiKaprio sevgilisi, danimarkalı model Nina Aqdal ilə evlənməyə hazırlaşır. KİV-də tez-tez hansısa model ilə subaylığa son qoyacağı xəbəri yayılan DiKaprio, bu dəfə deyəsən doğurdan da sıradakı sarışın modellə ailə quracaq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının xarici KİV-lərdən qaynaqlanan məlumatına görə, aktyorun sarışın model Nina Aqdal ilə münasibətləri ciddidir. Hollywood ulduzu və danimarkalı model evlənməyə hazırlaşırlar.

Sevgililər artıq beş ildir ki, tanışdırlar, ancaq öz münasibətləri ilə bağlı yalnız bu ilin mayında danışıblar. Məlumata görə, nikah mərasimi 2017-ci ilin yazında baş tutacaq. Toya yalnız ən yaxınların çağırılacağı bildirilir.

Xatırladaq ki, bu il Los-Ancelesdə keçirilən 88-ci Oskar mükafatlandırma mərasimində aktyor rejissor Alexandro Qonsaless İnyarittonun “Sağ qalmış” filmində canlandırdığı rola görə “Ən yaxşı aktyor” nominasiyasında qalib gəlib. Bu Leonardo Di Kaprionun beşinci dəfə Oskar mükafatına namizədliyi olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın