Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitinə getməyəcək.

YALAN.info bildirir ki, Ermənistan KİV-də yayılmış xəbərə görə, bununla bağlı Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı deyib.

“Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının toplantısında iştirak edə bilməyəcəyini bildirdi və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini söylədi”, – deyə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan qeyd edib.

Ermənistan AB naminə KTMT-dən çıxmağa hazırdır

Ermənistan mediasının məlumatına görə, Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sarkis Xandanyan bildirib ki, Ermənistan AB naminə KTMT-dən çıxmağa hazırdır. Onun sözlərinə görə, indi Ermənistanın KTMT-nin üzvü olaraq qalmaqda davam etməsi avropalı həmkarları arasında o qədər də narazılıq yaratmır.

Deputat qeyd edib ki, indi Ermənistan KTMT-dən çıxmaq prosesinə başlamayıb, ancaq buna baxmayaraq, qərarlar qəbul edilməlidirsə, ola bilsin ki, qəbul olunacaq. Xandanyan, həmçinin Ermənistanın Moskvadakı müzakirələrdə “səmərəsizliyinə görə” iştirak etmədiyini etiraf edib və əlavə edib ki, İrəvanın Avropa Birliyindan konkret gözləntiləri var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın