Azərbaycan Respublikası Təhsil Nazirliyindən verilən xəbərə görə, oktyabrın 3-də ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanılıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar.

Dövlət hesabına aparılan məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında çalışmağa başlayıb.

Məktəbəhazırlıq Qruplarında Dərslər Başlanıldı
Məktəbəhazırlıq Qruplarında Dərslər Başlanıldı

Məktəbəhazırlıq qruplarında dərslər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılacaq.

Məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris planına əsasən, məşğələlər həftədə 4 gün (12 saat) keçiriləcək. Bu qruplara bir gün ərzində 3 dərs tədris olunacaq. Bir dərsin müddəti 30 dəqiqə, dərslərarası fasilə 10 dəqiqə müəyyən edilib.

Məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və danışıq inkişafı, Bədii düşüncənin inkişafı, Məntiqi və riyazi düşüncənin inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək.

Bildirilir ki, məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək və məşğələlər mayın 31-də başa çatacaq.


Məktəbəhazırlıq Qruplarında Dərslərə Başlanılıb

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın