Türkiyədə Fətullah Gülən camaatına qarşı aparılan istintaq çərçivəsində 543 hakim və prokuror peşəsindən kənarlaşdırılıb.

Avropa.info xəbər verir ki, Türkiyənin Hakim və Prokurorlar Yüksək Qurumunda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi olan 543 hakim və prokuror işindən çıxarılıb.

Beləliklə də, Fətullah Gülən camaatına qarşı aparılan istintaq çərçivəsində çalışdığı işindən kənarlaşdırılan ədliyyə işçilərinin sayı 3390 olub.

Fəthullah Gülən hərəkatına qarşı əməliyyat çərçivəsində quru və dəniz qüvvələrindən 820 hərbçi çıxarılıb. Türkiyə mediasının xəbərinə görə, çıxarılmış 648 hərbçi hərbi çevrilişlə əlaqələri olduğuna görə həbs edilib.

Xatırladaq ki, Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhddən sonra Fətullah Gülən terror təşkilatı (FETÖ) ilə bağlı əməliyyatlara başlanılıb.

Öncəki xəbərZimbabve prezidenti Robert Muqabe olimpiya millisini həbs etdirdi
Sonrakı xəbərGöteborq pis ot örtüyünə görə Qarabağdan UEFA-ya şikayət etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın