Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş indi ABŞ-da həbsdə olan İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabdan boşanması xəbərinə açıqlama verib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı xəbər verir ki, E.Gündeş ərinin mediaya yolladığı yazılı müraciətə və orada yazılanlara cəmi bir cümləlik reaksiya verib: “Rza bəy lazım olanı deyib, qərarım doğrudur”.

E.Gündeş uzun zamandır ki, həyat yoldaşı ilə boşanmaq istəyib. Ancaq qarşı tərəfin buna etiraz etməsi nəticəsində proses hər dəfə təxirə salınıb. Bu ilin martında cütlüyün vəkili Şeyda Yıldırımın təkzib etdiyi boşanma iddiası dünən hər iki tərəfin təsdiqi ilə mediada yayımlanıb.

İndi ABŞ-da məhbus həyatı yaşayan R.Zərrabun vəkili Volga Gökçe mediaya bildirib ki, müğənninin boşanma tələbi ilk olaraq, 13 iyul tarixində R.Zərraba çatdırılıb. Son günlər isə E.Gündeş prosesin sürətləndirilməsini istəyib. Sonunda, dünən boşanma vəkalətnaməsi R.Zərraba çatdırılıb.

Rza Zərrab bəyanatında bunları bildirir: “13.09.2016-cı ildə arvadım Ebru Gündeş vəkili ilə mənə boşanmaq istədiyini çatdırıb, eyni zamanda prosesi tezliklə bitirmək üçün yenə də vəkili vasitəsilə mənə təzyiq göstərib və son olaraq 23.09.2016-cı il tarixdə boşanma vəkalətnaməsini tərəfimə göndərmiş durumdadır. İçərisində yer aldığım bu sıxıntılı mərhələyə baxmayaraq arvadımın boşanma qərarını sayğıyla qarşıladığımı ictimaiyyətə bildirirəm. Hörmətlə, Rza Zərrab”.

Xatırladaq ki, R.Zərrab 19 martda Mayamidə (ABŞ) İrana qoyulan embarqoları pozma, çirkli pulların yuyulması və bank saxtakarlığına görə həbs edilib. İş adamının istintaqını aparan Nyu York prokuroru Prit Bharara onun neft pullarını başda Bəşər Əsəd olmaqla Suriya hakimiyyətinə göndərdiyi iddiasını irəli sürüb.

Biznesmenin cəzasını aldıqdan sonra İrandakı amerikalı məhbuslarla mübadilə ediləcəyini yazıb. Belə ki, rəsmi Vaşinqton 9 ildir İranda yoxa çıxan Federal Təhlükəsizlik Bürosunun casusu Robert Levinsonu ölkəsinə gətirmək istəyir. Bunun əvəzinə İrana R.Zərrabı verməyi düşünür.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın