Azərbaycan əsilli iş adamı Rza Zərrab Amerikada həbs edilib. Biznesmen ABŞ-a qarşı dələduzluq, çirkli pulların yuyulması və bank saxtakarlığında ittiham edilir və 75 il həbsə məhkum edilməsi istənilir.

İki il əvvəl Türkiyədə keçirilən korrupsiya əməliyyatları çərçivəsində həbs edilən və 70 gün həbsdə qalan biznesmen ABŞ-ın Mayami şəhərində saxlanılmışdı.

O, İrana qoyulan embarqoları pozmaqda, çirkli pulların yuyulmasında və bank saxtakarlığında ittiham edilir. Prokurorluq Zərraba 75 il həbs cəzası verilməsini tələb edir. Zərrabla bərabər iki İran vətəndaşı da həbs edilib. Bunlar Kamelia Cəmşidi və Hüseyn Nəcəfzadədir. Hər üç şəxs İran hökümətinin xeyrinə saxtakarlıq edərək 100 milyonlarla dollar məbləğində çirkli pulların yuyulmasında günahlandırılır.

Prokurorluq hər üç şəxsi ABŞ-a qarşı dələduzluqdan 5, İrana qoyulan embarqoların pozulmasından 20, bank saxtakarlığından 30 və çirkli pulların yuyulmasından 20 il olmaqla, 75 il həbs cəzasına məhkum edilməsini tələb edir.

Türkiyə KİV-ə istinadən aldığımız məlumatına görə, 19 martda Mayamidə saxlanılan Rza Zərrab dünən məhkəmə önünə çıxarılıb. Məhkəmədə hazırlanan 20 səhifəlik iddianamədə isə ona 75 il həbs cəzası verilməsi istənilib.

İndi onun FDC Mayami həbsxanasında 09135-104 nömrəli, yaxşı mühafizə olunan hücrədə saxlandığı iddia edilir.

Qeyd edək ki, R.Zərrab həmçinin türkiyəli müğənni Ebru Gündeşin həyat yoldaşıdır.

Türkiyə KİV-ə istinadən məlumatına görə, Rza Zərrabın vəkili Şeyda Yıldırım məsələ ilə bağlı bunları deyib :”Rza Zərrab təyyarədən enərkən gözaltına alınıb. Ebru Gündeş də yanında indi. Hazırda Ebru xanım hələ də Mayamidədir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın