“Rusiya Ukraynada hər gün 800-1100 hərbçi itirir”.

YALAN.info bildirir ki, bunu “Report” informasiya agentliyinə açıqlamasında Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Hərbi əməliyyatların planlaşdırılması, bununla bağlı hazırlıq keyfiyyətcə başqa mərhələdədir. Doğrudur, təminatla bağlı bəzi problemlər var. Qeyd edim ki, ilk növbədə 120 mm, 80 mm-lik mərmilər, sursatlar çatışmazlığı var. Odur ki, öncə təminatla bağlı problemi həll etmək lazımdır”, – o deyib.

Podolyakın sözlərinə görə, Ukrayna ordusu bölmələrinin döyüş bacarığı 6 ayla, 1 illə müqayisədə keyfiyyətcə çox fərqlidir: “Bizdən dəfələrlə çox olan qüvvənin qarşısını effektiv şəkildə alırıq. Məsələn, Luqansk, Uqledar, Liman, Baxmut və başqa istiqamətlərdə sayca çox olan Rusiya hərbi qüvvələrinin. Həmin ərazilərdə effektiv, manevrli müdafiə xəttimiz var”.

“Resurs və vasitələrimizin az olmasına baxmayaraq, Ukrayna ordusu son 5-6 ayda çox güclənib. Rusiya ordusunun məhv edilən canlı qüvvəsinin, hərbi texnikasının sayı dəfələrlə artıb. Məsələn, müharibənin bu mərhələsinə qədər Rusiya hər gün 200-300 hərbçi itirirdisə, indi bu rəqəm orta hesabla 800-1100 hərbçidir. Bu, Ukrayna ordusunun döyüş bacarığının keyfiyyətinin göstəricisidir”, – Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın