Məşhur türk müğənnisi Ebru Gündeşin həbsdə olan həyat yoldaşı, iş adamı Rza Zərrab haqqında yeni iddia yayılıb. Getdikləri Mayami tətilində əri Rza Zərrabın həbs olunmasının ardından çətin günlər keçirən Ebru Gündeşin bu xəbərdən sonra kefinin daha da pozulacağı dəqiqdir.

ANS PRESS-in verdiyi məlumata görə, həyat yoldaşının həbs olunmasından sonra konsertlərinə davam edən və söylədiyi mahnılarla ruhi vəziyyətini əks etdirən Ebru Gündeş uşağının atasından daha gözəl xəbərlər alacağına ümid edirdi.


Ebru Gündeş – Sənin Olmağa Gəldim (Konsertdən Canlı)

Ancaq Hürriyetin Vaşinqton müxbiri Tolqa Tanışın Mayamidə həbs olunan biznesmenin cəzasını aldıqdan sonra İrandakı amerikalı məhbuslarla mübadilə ediləcəyini yazıb. Belə ki, rəsmi Vaşinqton 9 ildir İranda yoxa çıxan Federal Təhlükəsizlik Bürosunun casusu Robert Levinsonu ölkəsinə gətirmək istəyir. Bunun əvəzinə İrana R.Zərrabı verməyi düşünür.

İran əsilli iş adamı Rza Zərrab martın 19-da ABŞ-ın Florida ştatının Mayami şəhərində həbs olunub. Rza Zərrabın Mayamidəki villasında Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları tərəfindən həbs olunduğu bildirilir. Onun barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb.

Nyu-York prokuroru Prit Bharara, ABŞ ədliyyə nazirinin milli təhlükəsizlik məsələləri üzrə müavini Con Karlin və FTB direktorunun müavini Dieqo Rodrigezin verdiyi birgə bəyanata əsasən 33 yaşlı Zərrab iki İran vətəndaşı – Kamelia Cemşidi və Hüseyn Nəcəfzadə ilə birlikdə İran hökumətinin xeyrinə saxtakarlıq həyata keçirməkdə, yüz milyonlarla dolları saxta sənədlərlə banklar üzərindən transfer etməkdə şübhəli bilinir. Hakim Riçard Berman hər üç şübhəli üçün ümumilikdə 75 il həbs cəzası tələb edib.

Rza Zərrab 2013-cü ilin dekabrında Türkiyədə həyata keçirilən böyük korrupsiya əməliyyatı zamanı da bəzi nazirlərin yaxınları ilə birlikdə həbs olunmuşdu. İttiham aktında deyilirdi ki, Rza Zərrab İrana aid tonlarla qızılın və milyardlarla dolların Türkiyə üzərindən transferini həyata keçirmək üçün nazirlər də daxil olmaqla yüksək vəzifəli şəxslərə rüşvət verib.

Rza Zərrab məşhur türk müğənnisi Ebru Gündeşin həyat yoldaşıdır. İlk həbsdən sonra iranlı iş adamının müğənni həyat yoldaşından ayrılması barədə məlumatlar yayılmışdı. Lakin E.Gündeş bu xəbərləri təkzib etmiş, ailə quranda bir-birlərinə həm yaxşı, həm də pis gündə dəstək olmaq sözü verdiklərini demişdi.

Bu dəfəki həbsində də müğənni həyat yoldaşına dəstək verir, hətta onu görmək üçün Mayamiyə də gedib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın