Del Piero və Totti Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı İtaliya futbol tarixinin rəmzi olaraq ən güclü komandasına düşə bilmədi.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, A komandasında 5-3-2 taktiki sxeminə yer verilib. Alessandro Del Piero və Françesko Totti isə siyahıya daxil edilməyib.
Göy geyiminə görə “squadra azzurra” (göy komanda) kimi də tanınan futbol üzrə İtaliya yığmasının bütün tarixlərdə ən güclü rəmzi heytəyi belədir:
Qapıçı: Canluici Buffon
Müdafiəçilər: Franko Barezi, Paolo Maldini, Cüzeppe Berqomi, Qaetano Şirea, Caçinto Fakketti
Yarımmüdafiəçilər: Marko Tardelli, Sandro Matsola, Canni Rivera
Hücumçular: Cüzeppe Meatsa, Roberto Bacco.
Alessandro Nesta, Fabio Kannavaro, Andrea Pirlo B komandasına, Paolo Rossi C komandasına düşə bilib.
