Son dövrdə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində törətdiyi təxribatlar bu gün daha da intensivləşib və genişmiqyaslı xarakter alıb. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirməklə daha əlverişli mövqelərə yiyələnmək və hərbi üstünlüyə nail olmaq məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədində ölkəmizə qarşı törətdiyi genişmiqyaslı təxribatlarla başğlı noyabrın 16-da keçirilən brifinqdə deyib.

A.Eyvazov bildirib ki, Basarkeçər və Qarakilsə rayonlarında yerləşən mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika, o cümlədən artilleriya vasitələri toplayan Ermənistan hərbi bölmələri Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətində mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza hücum edib. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. İndi onların həyatına heç bir təhlükə yoxdur.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən bölmələrimiz tərəfindən dərhal təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib. Öncə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində Ermənistana məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib. Bundan başqa, erməni hərbçilər tərk-silah edilərək saxlanılıb, çox sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib. Qarşı tərəfin təxribatlarının dəf edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri adekvat tədbirlər görür.

“Genişmiqyaslı təxribat törətməklə qısamüddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və rəsmi Yerevanın növbəti təxribat cəhdi uğursuzluqla başa çatıb.

İndi sərhəddə durum gərgin olaraq qalır, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyi durumla bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat verəcək”, – deyə A.Eyvazov bildirib.

Anar EyvazovErməni hərbçiləri tərk-silah edilərək saxlanılıb xeyli saydasilahsursat qənimətgötürülüb

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın