İngiltərənin “Çelsi” klubu futbol üzrə klublararası dünya çempionatının qalibi olub.

YALAN.info Onlayn Xəbərər və İnformasiya Saytı bildirir ki, “zadəganlar” Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki “Məhəmməd bin Zayed” stadionunda keçirilmiş final oyununda Braziliya “Palmeyras”ını 2:1 udub.

İlk qolu 55-ci dəqiqədə “Çelsi”nin hücumçusu Romelu Lukaku vurub. 64-cü dəqiqədə Rafael Veyqa penalti ilə bərabərliyi təmin edib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə sona çatıb.

117-ci dəqiqədə isə Kay Haverts penaltini dəqiq yerinə yetirib və Çempionlar Liqasının finalında olduğu kimi yenə qələbə topunun müəllifi olub. 120+6-cı dəqiqədə Luan qırmızı vərəqə alaraq, “Palmeyras”ı azlıqda qoyub. 

Beləliklə, “Çelsi” tarixində ilk dəfə klublar arasında dünya çempionluğu əldə edib.

Chelsea Vs Palmeiras 2 – 1 Resumen y Goles | All Goals & Highlights
MƏNBƏUEFA
Öncəki xəbərAvropa Rusiya qazına alternativ olaraq Cənub dəhlizinə üz tutur
Sonrakı xəbər“WhatsApp”da baş proqramçı işləyən azərbaycanlı Sabir Əlizadənin uğur hekayəsi  
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın