ABŞ Dövlət Departamenti Anqolanın keçmiş prezidentinin Bakıda anadan olmuş qızı İzabel dos Santosa qarşı məhdudiyyətlər tətbiq edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günündə açıqlanan təyinata görə, İzabel dos Santos və onun yaxın ailəsinin Amerika Birləşmiş Ştatlarına girişinə qadağa qoyulub.

Vaxtilə “Forbes” jurnalının Afrikanın ən zəngin adamları siyahısında yer alan xanım dövlət vəsaitlərini şəxsi məqsədlər üçün mənimsəməkdə günahlandırılıb.

Qeyd edək ki, İzabel dos Santos 1979-2017-ci illərdə Anqolanın prezidenti olmuş Xose Eduardo dos Santosun qızıdır. O, 1973-cü ildə atasının təhsili ilə əlaqədar Bakıda anadan olub. Xanımın həmçinin Rusiya vətəndaşlığı da var.

2013-cü ildə “Forbes” İzabeli Afrikanın ən varlı qadını adlandırıb və onun sərvətini 3,5 milyard dollar dəyərində qiymətləndirib. Nəşrin məlumatına görə, 2020-ci ilin ortalarında bu məbləğ 1,4 milyard dollaradək azalıb. 2021-ci ilin yanvarında jurnal onu siyahısından çıxarıb. Bu, dos Santosun 2019 və 2020-ci illərdə Anqola və Portuqaliyadakı aktivlərinin ona qarşı açılan cinayət işlərinin bir hissəsi olaraq dondurulması səbəbindən baş verib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın