Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun son sammitindən sonra Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə təmasları davam etdirmək niyyətində olduğunu deyib.

YALAN.info bildirir ki, bununla bağlı Türkiyə Respublikasının dövlət başçısı Şimali Atlantika Alyansına (NATO) üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə baş tutan fövqəladə toplantısından sonra keçirdiyi mətbuat konfransında deyib.

“Biz fəal və prinsipial siyasətimiz və diplomatik səylərimiz barədə NATO müttəfiqlərimizə məlumat verdik. Hesab edirik ki, NATO real və strateji hərəkət etməlidir. Biz ehtiyatlı nikbinliklə Rusiya və Ukrayna arasında danışıqlarda irəliləyişi dəstəkləyir və alqışlayırıq. Mən Putin və Zelenski ilə bugünkü sammitdən sonra da əlaqələri davam etdirmək niyyətindəyəm”, – Ərdoğan bildirib.

Türkiyə prezidenti həmçinin bildirib ki, o, NATO tərəfdaşlarının diqqətini təhlükəsizliyin bölünməzliyi prinsipinə cəlb edib. “Biz vurğuladıq ki, alyans Rusiya, ya da başqa ölkə üçün təhlükə yarada biləcək bir struktur deyil”, – Türkiyə prezidenti qeyd edib.

Ərdoğan əlavə edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqların gedişatını diqqətlə izləyir və onları dəstəkləyir. Həmçinin, bundan sonra da Türkiyə Ukraynaya humanitar yardım göstərməyə davam edəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın