Tanınmış aktrisa Skarlet Yohansson (Scarlett Johansson) qadınlar arasında Hollivudun (Hollywood) ən çox gəlir gətirən aktrisası seçilib. Yohanssonun iştirak etdiyi 37 film Amerika kino kirayəsində 3,3 milyard dollar qazandırıb. Bununla bağlı “Box Office Mojo” saytı məlumat yayıb. Skarlet Yohansson ən çox qazananlar sıralamasında 10-cu yerdədir.

Qadınlar arasında ən çox gəlir gətirən ikinci aktrisa isə Kameron Diaz (Cameron Diaz) olub. O, ümumi siyahının 19-cu yerində qərarlaşıb.

Hollivudun ən çox gəlir gətirən aktyorları sıralamasında Harison Ford (Harrison Ford) zirvədə dayanır. Onun iştirakı ilə çəkilmiş 41 film 4,9 milyard dollar qazandırıb.

Hollivudda ən çox gəlir gətirənlər ulduzların sıralaması – İlk Onluq
- 1. Harison Ford (4.9 milyard dollar)
- 2. Samuel El Cekson (4.6 milyard dollar)
- 3. Morqan Friman (4.4 milyard dollar)
- 4. Tom Henks (4.3 milyard dollar)
- 5. Robert Dauni (3.9 milyard dollar)
- 6. Edi Merfi (3.8 milyard dollar)
- 7. Tom Kruz (3.6 milyard)
- 8. Coni Dep (3.4 milyard dollar)
- 9. Maykl Keyn (3.3 milyard dollar)
- 10. Skarlet Yohansson (3.3 milyard dollar)