Türkiyədə yaşayan Azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin Fox TV-də yayımlanan “Yasak elma” serialından ayrılma səbəbi bilinib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Axşam.az saytının xəbərinə görə, ekran işinin rejissoru Murat Öztürk xəstələndiyi üçün onu əvvəlki həmkarı Neslihan Yeşilyurt əvəz edib. Eda Ece həmin gün çəkilişi olmasa da rejissoru görmək üçün çəkiliş meydanına gəlib. N.Yeşilyurt aktrisa ilə söhbət etmək üçün isə işi yardımçısına tapşırıb.

Nəsrin Cavadzadə çəkilişin uzandığı və üşüdüyü üçün rejissora “İşi qurtarıb, sonra söhbət edərdiniz” söyləyib. Bu zaman isə onlar arasında gərginlik yaşanıb. Daha sonra Nəsrin çəkiliş meydançasını tərk edib və telefonunu söndürüb.

Yaşanan hadisə barədə serialın prodüseri məlumatlandırılıb və aktrisaya ölüm səhnəsi yazılıb. Aktrisa bu xəbəri təsdiqləyib.

“Əfsanələr ölməz. Tamaşaçılar mənim məşhur sözlərimi eşitmədən necə yaşayacaq? Bilmirəm! Möhtəşəm bir obrazı canlandırdım. Ssenariyə uyğun olaraq xarakterim serialla vidalaşır. Hələ təkliflər barədə düşünmürəm, ancaq sizə böyük sürprizlərim olacaq”, – deyə N. Cavadzadə qeyd edib.

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə 4 mövsümdür yayımlanan ekran işindən 109-cu bölümdə ölərək ayrılacaq. Qeyd edək ki, “Yasak elma”nın baş rollarında Eda Ece, Şevval Şam, İlber Kaboğlu kimi məşhurlar çəkilir.

Yasak Elma 109. Bölüm 1. Fragmanı

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın