Holliwood aktyoru Conni Deppin çəkildiyi “Alisa Güzgü Arxasında” filminin gəlirləri onun həyat yoldaşı Ember Hördlə (Amber Heard) boşanması xəbərləri fonunda azalıb. US Magazine nəşrinin verdiyi məlumata görə, mayın 27-si geniş tamaşaçı kütləsinə təqdim olunan və ümumi büdcəsi 170 milyon ABŞ dolları təşkil edən filmin ilk həftəsonu 40 milyon dollardan çox məbləğ yığmayacağı gözlənilir. Bu Tim Börtonun orijinal “Alisa Möcüzələr Diyarında” filminin nəticəsindən 70% azdır. Bu film 2010-cu ildə ilk həftəsonu 116 milyon dollar qazanmışdı ki, bu da filmin büdcəsinin (200 milyon dollar) yarısını təşkil edirdi.

Luis Kerrollun məşhur nağılının davamı tənqidçilərin mənfi rəylərini və sadəcə 29% müsbət rəy ala bilib.

“Alisa Güzgü Arxasında” — Tim Börtonun orijinal “Alisa Möcüzələr Diyarında” filminin davamıdır. Yeni lentin rejissoru Ceyms Bobindir, Tim Börton bu dəfə filmin prodüsseri rolunda çıxış edib. Conni Depp (Johnny Depp) əvvəlki hissədə olduğu kimi bu dəfə də Papaqçı rolunu ifa edib.


Alice In Wonderland – The Mad Hatter! (Johnny Depp)

Lentin işıq üzü gördüyü gün mətbuata Conni Deppin həyat yoldaşı Ember Hördün əri ilə boşanmasına dair məhkəməyə müraciət etdiyi haqda xəbərlər yayıldı. Aktrisa Conni Deppi məişət zorakılığında ittiham edib. Hazırda Depp həyat yoldaşına 90 metrdən artıq yaxınlaşa bilməz. Daha əvvəl Hörd cəmiyyət qarşısına üzündə zorakılıq izləri ilə çıxıb və Conni Depp ilə boşanacağını bəyan edib.

Conni Depp və Ember Herd 2011-ci ildə “Rom Gündəliyi” filminin çəkilişləri zamanı tanış olublar. 2013-cü ildə nişanlı olduqlarını ictimaiyyətə çatdıran kino ulduzları iki il sonra, 2015-ci ildə evlənib. Nikah müqaviləsi imzalamayan Conni ilə Ember əvvəldən KİV-lərin və pərəstişkarlarının diqqət mərkəzində olublar.

Bu aktyor Conni Deppin sayca 3-cü evliliyi idi. Hər zaman məşhur və cazibədar xanımlarla eşq macəraları yaşayan Conni həm də Hollivudun (Holliwood) ən gəlirli aktyorlarından sayılır. Oskar mükafatına layiq görülməsə də Deppin Hollivud bulvarında öz ulduzu var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın