Bakıda yüksək moda həftəsi olan Azerbaijan Fashion Week 2018/2019 baş tutub. Moda həftəsi çərçivəsində tamaşaçılara yerli və xarici dizaynerlərin 2018/2019-cu illər payız-qış mövsümü kolleksiyası təqdim olunub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azerbaijan Fashion Week, Fairmont Baku Flame Towers otelində sərgilənib.

Bakıdakı moda həftəsinin açılışını qazaxstanlı dizayner Alex Chzhen edib. Burada Mak Mari gürcü moda evi kolleksiyası, eləcə də qazax dizaynerlər Yerlan Zholdasbek və Di Siitovanın kolleksiyaları təqdim edilib. Moda səhnəsində azərbaycanlı dizaynerlərin Jemma Aleksander, Forte Fashion, Ajour və Kengerli brendləri də nümayiş olunub.

Moda həftəsində Azərbaycanın əməkdar incəsənət xadimi, məşhur dizayner Fəxriyyə Xələfovanın unikal özbək ipəyi — ikatadan tikilmiş kolleksiyası da əksini tapıb.

Azerbaijan Fashion Week-də moda həftəsini hedlaynerləri — məşhur fransız dizayner Patrik Boff və populyar Mərakeş dizayneri Kərim Tassi olub.

Dünən “Azerbaijan Fashion Week”in 2-ci günü baş tutub. Gecədə bir neçə yerli və xarici dizaynerin geyimləri sərgilənib.

Bir-birindən iddialı geyimlərin yer aldığı dəfilədə “Parcha”, “Di” və “Revoltant Home” kimi brendlərin kolleksiyası alqış toplayıb.

Azerbaijan Fashion Week 2018/2019
Azerbaijan Fashion Week 2018/2019

Gecədə qadın geyimləri ilə yanaşı uşaq və kişi geyimləri də sərgilənib.

Moda Həftəsini izləməyə gələnlər sırasında tanınmış model Kamilla Babayeva isə özəl diqqət çəkib. Buna səbəb onun gecəyə büstqaltersiz qatılması olub. Hər zaman açıq-saçıq fotosessiyaları ilə gündəmə gələn model Kamilla Babayeva gecəyə geyindiyi libasla yenidən söz-söhbət yaradıb.

Azerbaijan Fashion Week 2018/2019


Azerbaijan Fashion Week 2018/2019
Azerbaijan Fashion Week 2018/2019
Azerbaijan Fashion Week
Azerbaijan Fashion Week 2018/2019

Azerbaijan Fashion Weekdə Fəxriyyə Xələfovanın möhtəşəm dəfiləsi 100 ildə dəyişən Azərbaycan qadını

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın