Azərbaycanın məşhur reperi Aslixan Abuçov (Aslixan) gənc reperlərlə ərsəyə gətirdiyi son “NewScool” albomundan sonra yeni albomla qarşımızda olacağını açıqladı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu reperin özü yeni proyektlərlə bağlı sualları cavablayarkən deyib.

Uzun müddətdir üzərində işlədiyi albom 2021-ci ilin sonlarına yaxın online olacaq. Əlavə olaraq Türkiyənin rep cəmiyyətində ad qazanmış məşhur qadın sənətçilərdən olan Ayşe Betül və gənc reper Offsweet ilə qardaş ölkə Türkiyə üçün qlobal proyekt üzərində işlədiklərini açıqladı.

Aslixan karantin vəziyyətinə görə işıq üzü görməyən Euro Albomu haqqında da danışdı. O Euro Albomun yaxın zamanlarda Avropa ölkələrində Online olacağını söylədi.

Aslixan x Delin – Sənsiz Olmur (Official Music Video)
Öncəki xəbərMixail Saakaşvili: Putin məni vətənimə qayıtmağa qoymur…
Sonrakı xəbərMakqreqor-Nurməhəmmədov arasında söz savaşı davam edir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın