İrlandiyalı qarışıq üslublu döyüşçü (MMA) Konor Makqreqor Dağıstanlı idmançı, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədova qarşı sərt danışıb. Belə ki, o, Twitter hesabından Nurməhəmmədovun uşaqlarını yemək istədiyini yazıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Makqreqor Nurməhəmmədovun öz uşaqlarını, eləcə də həyat yoldaşını və anasını sonuncu dəfə nə vaxt gördüyünü soruşub.

“Dəyişiklik üçün uşaqların və ailənlə bir az vaxt keçirib adımı ağzına almasan necə olar? Çünki gələn dəfə tələmə düşəndə sənin bəxtin gətirməyə bilər”, – deyə irland döyüşçü bildirib.

Qeyd edək ki, Nurməhəmmədov atası Abdulmanapın ölümü ilə bağlı Makqreqorun istehzalı tvitinə qarşılıq verərək, onun sərxoş olanda belə paylaşımlar etdiyini, ayılandan sonra isə hamısını sildiyini bildirmişdi.

Hər şey isə Nurməhəmmədovun Makqreqora qalib gələn Dastin Poryeni təbriki ilə başlamışdı. Rusiyalı idmançı “yaxşılıq həmişə pisliyə qalib gəlir”, – deyə Poryeyə tvit atmışdı. Bundan iki həftə sonra irlandiyalı idmançı ona belə cavab vermişdi: “Deməli, kovid yaxşıdır, ata pisdir?”

Xatırladaq ki, Həbib Nurməhəmmədovun atası Abdulmanap 2020-ci ilin iyulunda koronovirusun yaratdığı fəsaddan vəfat edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın