Dünən Avropanın milli komandaları arasında növbəti yoldaşlıq oyunları keçirildi.

Avropa yığmaları yoxlama oyunlarına çıxdı. Dünən gecə “köhnə qitə”də Almaniya – İtaliya: 4-1, Portuqaliya – Belçika: 2-1, Fransa – Rusiya: 4-2 və İngiltərə – Hollandiya: 1-2 kimi qarşılaşmalar baş tutdu. Digər qarşılaşmalardan:

Yunanıstan 2-3 İslandiya
Lyuksemburq 0-2 Albaniya
İsveç 1-1 Çexiya Respublikası
İsveçrə 0-2 Bosniya və Herseqovina
İrlandiya Respublikası 2-2 Slovakiya

Bizim üçün maraqlı olan oyun isə qardaş Türkiyə milli yığmasının Vyanada Avstriyaya qarşı oyunu oldu. Qarşılaşmanın əvvəlində 1-0 geriyə düşən qonaqlar öncə Hakan Çalhanoğlunun 43-cü dəqiqədə cəribə zərbəsindən vurduğu gözəl qolla hesabı bərabərləşdirdi. 

Oyunda son nöqtəni isə Barselonanın Türk ulduzu Arda Turan qoydu. Qapıçının səhvindən istifadə edən yarımmüdafiəçi topu onun başı üzərindən qapıya yönəldərək oyunun qəhrəmanına çevrildi: Avstriya 1-2 Türkiyə.


Avstriya vs Türkiyə 1-2 Bütün qollar və önəmli anlar 29.03.2016 [HD]

Öncəki xəbərDonald Tramp Emin Ağalarovun In Another Life klipində
Sonrakı xəbərVictoria’s Secret Cey Lonu dünyanın ən seksual qadını seçdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın