“Bu gün Üçüncü Dünya müharibəsi elan olunub”.

YALAN.info bildirir ki, bunu Roma Papası Fransisk “İsa Cəmiyyəti”nin Avropa jurnallarının rəhbərləri ilə söhbətində bəyan edib.

“Bir neçə il öncə ağlıma gəldi ki, biz Üçüncü Dünya müharibəsini hissə-hissə yaşayırıq. Bu gün isə hesab edirəm ki, artıq elan olunub”, – deyə pontifik bildirib. O, insanları bununla bağlı düşünməyə çağırıb.

“Bir əsrdə üç dünya müharibəsi yaşayan bəşəriyyətlə nə baş verir?.. Bu, insanlıq üçün pisdir, fəlakətdir”, – deyə o, bildirib.

Roma Katolik kilsəsinin rəhbəri yada salıb ki, Ukrayna ilə yanaşı, başqa ölkələrdə də münaqişələr davam edir. “Afrikanın bəzi hissələrini, Nigeriyanın şimalını, Şimali Konqonu düşünün, hansı ki, müharibə hələ də davam edir və bu, heç kimin vecinə deyil. 25 il öncəki Ruandanı yada salın. Myanma və rohincaları düşünün. Dünya müharibə vəziyyətindədir”, – deyə Papa Fransisk bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın