Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçuları gizləndikləri sığınaq və mağaralarda məhv edir.
YALAN.info bildirir ki, bununla bağlı Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bölgədə 11 PKK terrorçusu zərərsizləşdirilib: “Pəncək-kilid” əməliyyatında 9, “Pəncə-ildırım” əməliyyatında 2 terrorçu məhv edilib. İraqın şimalındakı “Pəncək-kilid” əməliyyatında zərərsizləşdirilən terrorçuların toplam sayı 54-ə çatıb.
Hulusi Akar: Türkiyə Ordusu ən gərgin günlərini yaşayır
Türkiyə Silahlı Qüvvələri bu il yanvarın 1-dən aprelin 22-dək 1987 terrorçu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar şəhid ailələri və qazilərlə görüşdə deyib. O bildirib ki, Türkiyə ordusu 2015-ci il iyulun 24-dən indiyədək 34 min 175 terrorçunu zərərsizləşdirib:
“Türkiyə ordusu ölkə tariximizin ən gərgin günlərini yaşayır. Bir tərəfdə dənizdə, quruda, havada təlimlər keçirik, o biri tərəfdə isə əməliyyatları davam etdiririk. Bu yaxınlarda “Pəncə-Qıfıl” antiterror əməliyyatına başladıq”.