Bütün zamanların ən seksual qadını seçilib. Bu ada üç gün öncə azərbaycanlı milyarderin restoranında oxuyan Cenifer Lopes (Jennifer Lopez) layiq görülüb.
Dünyada məşhur olan qadın alt geyimləri brendi “Victoria’s Secret” bu nominasiyada qalibini seçib. ANS PRESS-in məlumatına görə, bütün zamanların əsas gözəlçəsi adını qazanan bir neçə gün öncə Azərbaycanın şimal qonşusu Rusiyada milyarderin övladının toyunda bütün diqqətləri özünə çəkməyi bacaran Cey Lo olub.


Cey Lonun (J.Lo) arxiv şəkillərindən
Hollywood aktrisası və müğənnini Kerri Vaşinqton və Demi Lovato izləyir. K.Vaşinqton ən seksual kinoaktrisa, Lovato isə müğənni seçilib.
Maraqlısı odur ki, seksuallıq kriteriyası ancaq qadınlara yox, həm yaşayış məskənləri, həm də heyvanlara aid edilib. Belə ki, Paris və Neşvill ən seksual şəhərlər, Fransız buldoqu Pippi isə “ən seksual” heyvan seçilib. Bu it müğənni Con Lecendə məxsusdur.
“Victoria’s Secret” 1995-ci ildə ABŞ-da Ohayo ştatında yaradılıb. Hər il şirkət “mələkləri”nin iştirakı ilə möhtəşən dəfilələr təşkil edir. “Mələklər” sırasında dünya şöhrətli modellər də var.
Dünya şöhrətli aktrisa və müğənni Cennifer Lopez Moskvada azərbaycanlı modelyer Aysel Trudelin “AIZEL” butikinə baş çəkərək özünə geyim alıb. Ulduz aldığı geyimlərə təxminən 2,5 milyon rubl (36 min ABŞ dolları) xərcləyib.
Cey Lo, Beyonse və Elton Con Azərbaycanlı milyarderin restoranında çıxış etdilər
Dünya ulduzları Beyonse, Enrike İqlesias və Cennifer Lopes qalmaqallı milyarder Telman İsmayılova məxsus “Safisa” restoranında çıxış ediblər. Dünya ulduzlarının Moskvaya gəlməsinə səbəb rusiyalı mediamaqnat “Russneft” şirkətinin rəhbəri Mixail Qutseriyevin ikinci oğlu Səidin toyu olub. Toyda adı çəkilən məşhurlardan başqa Elton Con, Stinq və Patrisia Kaas da çıxış ediblər. Mərasimin aparıcısı İnquşetiyanın xalq artisti Tamara Yandieva olub. Toyda həmçinin Alla Puqaçova da çıxış edib.
Beyonse, Enrike İqlesias və Cenifer Lopes Mixail Qutseriyevin oğlunun toyunda