“Neftçi” PFK, “Zirə” FK və “Qəbələ” FK UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

YALAN.info bildirir ki, UEFA Konfrans Liqasında mübarizəyə başlayan Azərbaycanın futbol klubları – “Neftçi”, “Zirə” və “Qəbələ” II təsnifat mərhələsinin ilk qarşılaşmalarında darmadağınla üzləşiblər.

Belə ki, “Zirə” Futbol Klubu I təsnifat mərhələsinin ilk oyununda İsrailin “Makkabi” (Təl-Əviv) komandasını qəbul edib. “Dalğa Arena”dakı qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Təl-Əviv təmsilçisindən qolları 18-ci dəqiqədə Qavriel Kanixovski, 22-ci və 54-cü dəqiqələrdə isə Corce Yovanoviç vurublar.

Zirə 0-3 Makkabi GENİŞ İCMAL 21.07.2022 (Zira FC 0-3 FC Makkabi ) Extended Highlights & All Goals)

“Qəbələ” isə Macarıstanda “Fehervar”ın qonağı olub. “MOL Arena”dakı qarşılaşma Azərbaycan təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Hesabı 16-cı dəqiqədə Elmar Baxşıyevin baş məşqçi olduğu komanda açıb. Rafael Utziq sağ cinahdan cərimə meydançasına asmanı dəqiq zərbə ilə qapıdan keçirib. Meydan sahibləri 30-cu dəqiqədə Kenan Kodronun qolu ilə tarazlığı bərpa ediblər.

İlk yarının sonlarına doğru “Qəbələ”nin futbolçusu İlkin Qırtımov ağır zədə alıb. Rəqib oyunçu ilə toqquşmadan sonra 32 yaşlı müdafiəçinin dili qatlanıb. Ona ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərib. “Qırmızı-qaralar”ın kapitanı dərhal müdaxilə edərək, Qırtımovun həyatını xilas edib. Futbolçu meydançanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Rüfət Əhmədov daxil olub.

İlk yarı 1:1 hesablı heç-heçə ilə bitib. Adrian Rus 67-ci dəqiqədə qonaqları 2-ci dəfə meydanın mərkəzinə dəvət edib. 79-cu dəqiqədə isə Kodro 3-cü topu “Qəbələ”nin qapısından keçirib. 86-cı dəqiqədə “qırmızı-qaralar” azlıqda qalıblar. Müdafiəçi Murad Musayev kobud oyundan sonra ikinci sarı vərəqə ilə meydandan qovulub. 4 dəqiqə sonra isə Budu Zivzivadze oyunda son nöqtəni qoyub.

Fehervar 4-1 Qəbələ GENİŞ İCMAL 21.07.2022 ( Extended Highlights & All Goals)

Laurentsiu Regekampfın baş məşqçi olduğu “Neftçi” komandası II təsnifat mərhələsinin ilk oyununda Kiprdə “Aris” (Limassol) klubunun qonağı olub. Larnaka şəhərindəki “AEK Arena”da oynanılan qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə bitib – 0:2. Limassol təmsilçisinin ilk qolunu 53-cü dəqiqədə Kaju, ikinci qolunu isə 66-cı dəqiqədə Artur Yannik Qomis vurub.

“Aris” 2-0 “Neftçi” | Konfrans Liqası | 2-ci tur | İlk oyun

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın