İtaliya “Cenoa”sından istefaya göndərilmiş Andrey Şevçenko futbol üzrə Polşa milli komandasının baş məşqçisi olmağa razılıq verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Report”un “vZbirna” Telegram kanalına istinadən məlumatına görə, Polşa Futbol Birliyi (PZPN) və ukraynalı mütəxəssis bütün şərtləri razılaşdırıb. Şevçenkonun illik maaşı 2,5 milyon avro olacaq. Məbləğin bir hissəsini PZPN, qalanını isə sponsorlar ödəyəcək. Yalnız “Cenoa” ilə müqavilənin pozulma şərtlərini razılaşdırmaq qalıb.

Onu da bildirək ki, istefaya göndərilməsinə baxmayaraq, Andrey Şevçenkonun İtaliya klubu ilə sözləşməsi davam etməkdədir. Onun rəhbərliyi altında “Cenoa” 11 oyundan 1 qələbə, 3 heç-heçə və 7 məğlubiyyətlə ayrılıb. Komanda İtaliya A Seriyasının heç bir qarşılaşmasında qalib gələ bilməyib.

Polşa yığması Dünya Çempionatı-2022-nın pley-off mərhələsində Rusiya ilə səfərdə üz-üzə gələcək. Görüş martın 24-də keçiriləcək. Polşa yığması qalib gələcəyi halda Qətərə yollanmaq üçün martın 29-u İsveç-Çexiya cütünün qalibi ilə final oyununa çıxacaq.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərArmen Sarkisyan Prezident vəzifəsindən getməsinin səbəblərini saydı
Sonrakı xəbərSezen Aksu sükutu pozdu: 47 ildir yazıram, yazmağa da davam edəcəm
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın